Yevlaxda maşın aşdı - Ölən və yaralananlar var

HADİSƏ

12 Oktyabr 2021 | 19:35

232 dəfə oxunub

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Zia.az xəbər verir ki, hadisə Hacıselli-Varvara yolunda qeydə alınıb.

“VAZ-2106” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil aşıb.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Səfərov Cəfər Pənah oğlu aldığı xəsarətlərdən ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021