Təlimdə iştirak edən Türkiyə hərbçiləri yola salındı - VİDEO

SİYASƏT

11 Oktyabr 2021 | 19:41

300 dəfə oxunub

“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat taktiki təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Zia.az-a verilən məlumata görə, mərasimdə çıxış edənlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıblar.

Təlimdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələri mənsublarına hədiyyələr təqdim edilib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsindən yola düşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları “Ümid” körpüsündən keçməklə xidmət yerlərinə doğru hərəkəti davam etdiriblər.

 



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021