Sürücü qəza törətdi, polisə müqavimət göstərdi

CƏMİYYƏT

12 Oktyabr 2021 | 12:24

573 dəfə oxunub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi polis əməkdaşları ilə sürücü arasında yaranan insidentə münasibət bildirib.

Zia.az xəbər verir ki, İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Report-a açıqlamasında hadisənin paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində qeydə alındığını bildirib.

N.Piriyev qeyd edib ki, hazırda araşdırma aparılır:

“Videogörüntülərin çəkildiyi ərazidə yol-nəqliyyat hadisəsi olub. Qəza zamanı 4 avtomobil əzilib. Yol Patrul Xidməti əməkdaşları isə hadisənin araşdırılması məqsədi ilə qəza törədən şəxsi - Elvin Rüstəmovu şöbəyə aparmağa çalışıb. Bu zaman sürücü polis əməkdaşlarına tabesizlik göstərib. Həmin zaman sürücüyə heç bir zor tətbiq edilməyib. Daha sonra sürücü saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparılıb. Eyni zamanda sürücü sərxoş olub və barəsində protokol tərtib edilib".



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021