Serjik Sarkisyana cinayət işi açıldı: Baden-Baden kazinolarında 100 milyon dollar xərcləyib

DÜNYA

12 Oktyabr 2021 | 17:08

242 dəfə oxunub

Ermənistanın Xüsusi istintaq xidməti sabiq prezident Serjik Sarkisyan barəsində cinayət işi açıb.

Zia.az Trend-ə istinadən bildirir ki, S.Sarkisyan 2008-2017-ci illərdə prezident təyyarəsi ilə hər hansı bir zərurət olmadan Almaniyanın Baden-Baden şəhərinə səfərlərdə ittiham olunur.

Qeyd olunur ki, bəzi hallarda həmin uçuşlar əvvəlcədən administrasiyadan məlumt verilmədən həyata keçirilib.

Bir müddət əvvəl Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyan S.Sarkisyanı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittham edərək, onun Baden-Badendə kazinolarda 100 milyon dollara yaxın vəsait xərclədiyini bildirmişdi.



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021