Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi

DÜNYA

12 Oktyabr 2021 | 15:56

175 dəfə oxunub

Qırğızıstan prezidenti Sadır Japarov baş nazir Ulukbek Maripovun başçılıq etdiyi hökuməti istefaya göndərib.

Zia.az xarici mətbuata istinadən xəbər verir ki,bu barədə prezident müvafiq fərman imzalayıb.

Eyni zamanda, digər fərmanla Akılbek Japarov baş nazir vəzifələrini icra edən və eyni zamanda Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, əvvəlki hökumətdə iqtisadiyyat naziri vəzifəsində işləyirdi.

Prezident Administrasiyasının sabiq rəhbəri Suyunbek Kasmambetov isə Qırğızıstanın dövlət katibi təyin olunub.



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021