Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqlayıb

SİYASƏT

13 Oktyabr 2021 | 15:25

256 dəfə oxunub

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021