İran yeni hərbi təlimlərə başladı - VİDEO

DÜNYA

12 Oktyabr 2021 | 18:02

166 dəfə oxunub

İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və İran ordusu "strateji obyektləri müdafiə etmək" üçün birgə hava təlimləri keçirirlər.

Zia.az Unikal.org-a istinadən xəbər verir ki, hərbi təlim bu gündən etibarən 2 gün ərzində davam edəcək.

SEPAH-a bağlı "Xatəm-əl-Ənbiya" Birgə Hava Hücumundan Müdafiə Qərargahının komandanı, briqada generalı Qadir Rəhimzadə birgə ixtisaslaşdırılmış hava hücumundan müdafiə təliminin əməliyyat mərhələsinin ölkənin mərkəzi səhralıq (Kəvir) bölgəsində keçiriləcəyini bildirib.

Keçirilən hava təlimi "Vilayət səmasının müdafiəçiləri-1400" adlanır. İran hərbi rəsmilərinin məlumatına görə, təlimlərdə PUA-dan da istifadə ediləcək.

 

 



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021