İran ordusu Cəbrayıla və Zəngilana girib: "Uzunmüddətli danışıqlardan sonra..." 

SİYASƏT

12 Oktyabr 2021 | 12:06

763 dəfə oxunub

“İranın Azərbaycan ordusunun hücum əməliyyatlarına maneçilik törətməsi yalnız Arazın sağ sahilində qoşun çıxarılması ilə əlaqədar olmayıb. İran muharibə vaxtı özünə aid olan radioelektron mübarizə vasitələrini də bizim qoşunlarının hücum əməliyyatları keçirdiyini və pilotsuz vasitələrdən istifadə etdiyi ərazilərdə tətbiqinə də yol verib. Dolayısıyla desək, İran Azərbaycan pilotsuz vasitələrinin fəaliyyətlərinə mane olmaq üçün də bəzi addımlar atdığı haqqında məlumatlar mövcuddur”.

Zia.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert qeyd edib ki, İranın əl atdığı bütün təxribatçı fəaliyyətlər heç bir nəticə vermədi və bu Ermənistanı labüd məğlubiyyətdən xilas etmədi: “Amma İran Azərbaycan kimi çox vacib və əhəmiyyətli bir müttəfiqini itirmək təhlükəsiylə hazırda üz-üzə qalıb. 20-25 separatçı rejimdə fəaliyyət göstərən və əksəriyyəti də yaxın gələcəkdə həbsxanalarda çürüməsi gözlənilən cinayətkarlara görə İranın Azərbaycan ilə münasibətləri pozmağına dəyməzdi. Tam əksinə, eyni dindən, eyni təriqətdən olan qardaşlarının öz ərazilərini azad etməsinə İran yardımçı və ya dəstək verməli idi. Necə ki qonşuları olan Türkiyə və Pakistan bunu etdilər”.

Ə.Verdiyev qeyd edib ki, İran hərbçilərinin adı Azərbaycan ərazisini tərk etməsi müharibə zamanı baş verməyib: “İran hərbçiləri müharibə başa çatdıqdan bir neçə ay sonra hələ yenə də Araz üzərində olan Xudafərin su anbarının sağ sahilində, yəni Cəbrayıl ərazisində texnika və hərbçilərini saxlayırdılar. Yalnız bunu müharibənin başa çatmasından bir neçə ay sonra uzunmüddətli danışıqlardan sonra geri çəkdilər.

Bundan başqa, İran birbaşa olaraq Qarabağın dağlıq hissəsi ilə əlaqə saxlamaqdan ötrü Araz üzərində sonradan işğal dövründə quraşdırılan körpüdən də istifadə edib. Bu körpü də azərbaycanlılar əraziləri azad edənə qədər işlək vəziyyətdə idi. Azərbaycan torpaqlarında vətəndaşlarımızın qoyub gəldiyi evlərin də məhz böyük bir hissəsi bu körpü vasitəsilə sökülüb, talandıqdan sonra İrana daşınıb. Bu barədə də əlimizlə kifayət qədər ciddi görüntülər və faktlar mövcuddur”.

Ekspert qeyd edib ki, İranın üç-beş əyalət mollası səviyyəsində səsləndirdiyi çox İrana zərər vura biləcək fikirlərlə rəsmi münasibət bildirməməsi, onların ağzının payını verilməməsi bizi də çox üzür, Azərbaycan ilə iran arasında olan münasibətlərə kifayət qədər ciddi ziyan vurur.

Ramid İbrahimov



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021