Ərdoğan: “Artıq səbr kasamız daşıb”

SİYASƏT

11 Oktyabr 2021 | 23:12

382 dəfə oxunub

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

Üç saat davam edən toplantıdan sonra dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

O, Suriya ərazisindən Türkiyə torpaqlarının atəşə tutulması faktını şərh edərək, son hadisələrin səbr kasasını daşırdığını bəyan edib. Ərdoğan Suriyadakı terrorçulara münasibətdə daha dözümün qalmadığını və lazımi addımların atılacağını bildirib.

Bununla yanaşı, prezident Türkiyədə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin adının dəyişdirildiyini və bundan sonra qurumun Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi adlandırılacağını qeyd edib.

TRT



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021