Ceyhun Bayramov Minskə yola düşüb

SİYASƏT

13 Oktyabr 2021 | 14:50

191 dəfə oxunub

Bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Zia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021