Bakıda bu yolda hərəkət məhdudlaşdırılır

13 Oktyabr 2021 | 09:51

424 dəfə oxunub

Oktyabrın 13-16-da Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən Zia.az-a bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021