Azərbaycanda məktəbli koronavirusdan vəfat etdi

CƏMİYYƏT

13 Oktyabr 2021 | 11:25

187 dəfə oxunub

Sumqayıt şəhərində koronavirusa yoluxan 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.

Sumqayıt şəhər Yusif Məmmədəliyev adına tam orta məktəbdən verilən məlumata görə, məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Qeyd edilib ki, oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib:

"Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq, vəfat edib”.



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021