Aeroport yolundakı ağır qəzaya səbəb olan 19 yaşlı sürücü saxlanıldı

HADİSƏ

13 Oktyabr 2021 | 10:15

190 dəfə oxunub

Bakıda sərnişin avtobusuna çırpılaraq ağır qəzaya səbəb olan yük maşınının sürücüsü saxlanılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, qəzaya səbəb olan yük maşınının sürücüsü, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.

Saxlanılan şəxs Qobustan rayon sakinidir.

Qeyd edək ki, Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisə zamanı hazırki məlumata görə, 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.



SON XƏBƏRLƏR

18 Oktyabr 2021
17 Oktyabr 2021